Ən çox izlənən videolar

Çətin gündə həmrəylik - VİDEO

Tailandda yaşayan Azərbaycan əsilli iş adamı Gündüz Qasımlı bu ölkədə tətillə bağlı səyahət edən soydaşlarımıza kömək əlini uzadıb.

Belə ki, o, hazırda Tailandın beynəlxalq hava limanlarından çıxışı mümkün olmayan 20 nəfərə yaxın Azərbaycan vətəndaşını müvəqqəti yaşayış yeri ilə təmin edib və onların gündəlik ehtiyaclarının ödənilməsini öz üzərinə götürüb.

Xatırladaq ki, dünyanı narahat edən COVID-19 pandemiyası ilə əlaqədar əksər ölkələr sərhədlərini bağlayıb, həmçinin beynəlxalq uçuşları dayandırıb.

Ötən gün isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumatda azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsinin təmin ediləcəyi bildirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar