Ən çox izlənən videolar

142-Çağrı Mərkəzi gücləndirilmiş rejimdə - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejiminə keçirilib və funksional imkanları artırılıb.

Nazirlikdən REAL-a verilən məlumata görə, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınırlar.

Qeyd edək ki, 142 - Çağrı Mərkəzi vasitəsilə nazirliyin fəaliyyət sahələri, o cümlədən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər də qəbul edilir.

Sosial xidmətlərə yaşı 65-dən yuxarı tənha şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir.

Bu kateqoriyadan digər videolar
Digər videolar