Ən çox izlənən videolar

“ASAN məktub“ - VİDEO

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları ASAN könullüləri tərəfindən toplanaraq www.asanmektub.az saytına yerləşdiriləcək.

Yardım etmək istəyən vətəndaşlar sayta daxil olmaqla seçdikləri məktublar üzrə qeyd olunanları alaraq könüllülərə təhvil verəcəklər. Alınmış ehtiyaclar isə ASAN könüllüləri tərəfindən müraciət sahiblərinə çatdırılacaq.

Qeyd edək ki, bu günədək “ASAN Məktub” sosial proqramı vasitəsilə vətəndaşlar tərəfindən 5000-dək uşağın arzu və istəyi həyata keçirilib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində aprelin 20-dək xüsusi karantin rejimi tətbiq edilib. Bu rejimin tələbinə əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib və onlara sosial xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Bu kateqoriyadan digər videolar
Digər videolar