Ən çox izlənən videolar

Səbaildə dezinfeksiya işləri - VİDEO

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Bibiheybət qəsəbəsində ümumilikdə 1843 nəfər sakinin yaşadığı, 50 000 kv.m. sahəni əhatə edən ərazidə yerləşən küçə və dalanlarda, yaşayış evlərinin ətrafında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri həyata keçirilir.

Dezinfeksiya işləri qəsəbənin yenidən təmir olunan küçələrində də aparılır.

Qeyd edək ki, işlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunublar. Rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Bu kateqoriyadan digər videolar
Digər videolar