Ən çox izlənən videolar

“Evdə qal, cəmiyyəti qoru“ (VİDEO), YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başladı.

QHT üzvləri bu kampaniyada iştirak etməklə vətəndaşları Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə və müəyyən etdiyi xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının vacibliyi barədə məlumatlandırdı.

Aparılan monitorinq zamanı vətəndaşlar görülən işləri qiymətləndirdi və eyni zamanda Real Tv vasitəsilə əhalini qaydalara riayət etməyə çağırdılar.

Bu kateqoriyadan digər videolar
Digər videolar