Ən çox izlənən videolar

Türkiyə bütün uçuşları dayandırdı - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “COVİD-19”la  mübarizə çərçivəsində görülən işlərlə bağlı açıqlama verib.

REAL-ın Türkiyə Bürosu xəbər verir ki, Ərdoğan, Türkiyədən xaricə həyata keçirilən bütün uçuşların dayandırıldığını bildirib.

Türkiyə prezidenti şəhərlərarası səyahətlər üçün artıq valiliklərdən icazə alınacağını qeyd edib. Qəbul edilən yeni qərara əsasən, meşə sahələri, açıq havada istirahət məkanları və dəniz kənarları həftə sonları tamamilə bağlı olacaq.  

İctimai nəqliyyatda sərnişinlərin daşınmasına diqqət ediləcək. Avtobuslara müəyyən edilmiş saydan çox sərnişin minə bilməyəcək. 

Hazırda Türkiyədə 5 min 698 nəfərin “COVİD-19” a yoluxduğu müəyyən edilib. Koronavirusa yoluxan 92 nəfər dünyasını dəyişib. Ölkədə 12 yaşayış məntəqəsi karantinə alınıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar