Ən çox izlənən videolar

Ahıllara sosial xidmət - VİDEO

Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə Nazirlər kabineti yanında operativ qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun olaraq 65 yaşdan yuxarı şəxslərə evdən çıxmaq qadağan edilib.

 Bununla bağlı ƏƏSMN tabeliyində Dost agentliyinin sosial işçiləri və dost könüllüləri tərəfindən bu şəxslərə evlərində sosial məişət xidmətləri göstərilir.

"1 saylı DOST" Mərkəzinin sosial işçiləri və 30-dan çox könüllüsü ilə yanaşı ASAN könüllüləri, YAP könüllüləri, təhsil nazirliyinin bir ictimai könüllü birliyi və digər könüllü birlikləri bu proseslərə qoşularaq aktiv yardımlar göstərir. Hazırda Yasamal və Səbail rayonlarında sosial xidmətçilər tərəfindən risk qrupuna daxil olan şəxslərə sosial xidmətlər göstərilir. Bu xidmətlərə gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması, eyni zamanda kommunal xidmətlərin ödənişi ilə bağlı köməkliyin göstərilməsi və ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində və digər məişət işlərində köməkliyin göstərilməsi daxildir.

Biz də "1 saylı DOST" agentliyinin sosial işçisi və könüllüsü ilə birlikdə vətəndaşa ərzaq və dərman vasitələrinin alınması prosesində iştirak etdik. Əvvəlcə vətəndaşın istəyinə uyğun olaraq aptekdən lazım olan dərmanları aldqıdan sonra, yaxınlıqda yerləşən ərzaq mağazasına baş çəkdik, buradan lazımlı ərzaq məhsullarını aldıq və vətəndaşın evinə yollandıq.

65 yaşdan yuxarı şəxslər DOST agentliyinin 142 çağrı mərkəzinə zəng etməklə bu xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, bundan sonra karantin dövrü ərzində həmin sosial məişət xidmətləri yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşları da əhatə edəcək.

Hazırda, yaşı 65-dən yuxarı 10 mindən artıq vətəndaşa evlərində sosial xidmər göstərilir.

Bu kateqoriyadan digər videolar
Digər videolar