Ən çox izlənən videolar

Səbail RİH Başçısından əhaliyə çağırış - VİDEO

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Badamdar qəsəbəsini gəzərək əhalini Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırdı.

İcra başçısı qaydaya uyğun olaraq 2 metrlik ara məsafəni qoruyaraq vətəndaşlara yaxınlaşdı. O əhalini lazım olmadığı təqdirdə evdən çıxmamağa çağırdı. Həmçinin İcra başçısı rayon əhalisinin tibbi maska ilə bağlı nazarılıqlarını dinlədi və vətəndaşlara bildirdi ki, yaxın zamanlarda ölkəmizdə tibbi maska istehsalı ilə məşğul olan fabrik istifadəyə verildikdən sonra problem aradan qalxacaq.

Həmçinin icra başçısı qarşısına çıxan əcnəbi vətəndaşalardan da evə getməyi xahiş etdi. O Səbail rayon sakinlərinə bildirdi ki, evdə qalmaq həm onların, həm də ailə üzvlərinin təhlükəsizliyi üçündür.

İcra başçısı eyni zamanda bildirdi ki, rayon ərazisində hər gün dezinfeksiya işləri davam edir.

Qeyd edək ki, İcra başçısı gün ərzində Səbail rayonu ərazisini gəzərək əhalini məlumatlandırmağa və maarifləndirməyə davam edəcək

Bu kateqoriyadan digər videolar
Digər videolar