Ən çox izlənən videolar

“Evdə qal, cəmiyyəti qoru!“ (VİDEO)

Ölkədə yayılan koronavirus epidemiyasının kütləvi hal almasının qarşısını almaq məqsədilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin "evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası davam edir.

Kampaniya çərmivəsində QHT üzvləri paytaxtın müxtəlif ərazilərində vətəndaşlara Operativ Qərargahın tövsiyələrinə və elan edilən xüsusi karantin rejiminin tələblərinə riayət etməyi tövsiyə etdilər.

Təəsüf ki, paytaxt küçələrində hələdə vəziyyətin ciddiliyinə məhəl qoymayan şəxslərlə də rastlaşdıq.

Qeyd edək ki, koronavirus epidemiyasının ölkədə yarada biləcəyi kritik vəziyyətin qarşısını almaq məqsədilə, Azərbaycan höküməti xüsusi karantin rejimi elan edib. Hərkəsdən xüsusi karantin rejiminin tələb və tövsiyyələrinə əməl etmələri tövsiyyə olunur.

Bu kateqoriyadan digər videolar
Digər videolar