Ən çox izlənən videolar

“Evdə qal, cəmiyyəti qoru!“ (VİDEO)

Koronavirus Pandemiyası Dünyanı cənginə almaqda davam edir.

COVİD-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV-nin "Evdə qal-Cəmiyyəti qoru" adlı ictimai Monitorinq və məlumatlandırma aksiyası davam edir.

Kompaniya çərçivəsində qeyri Hökümət Təşkilatlarının üzvləri Paytaxtın Nərimanov rayonunda vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə və elan edilən xüsusi karantin rejiminin tələblərinə riayət etməyi tövsiyə etdilər.

Qeyd edək ki, apardığımız monitorinq işlərini vətəndaşlarımız yüksək qiymətləndirdi.

Xatırladaq ki Mart ayının 24-dən Ölkədə xüsusi karantin rejimi gücləndirilib. Hər kəsdən xüsusi karantin rejiminin tələb və tövsiyələrinə əməl etmələri tövsiyə olunur.

Bu kateqoriyadan digər videolar
Digər videolar