Ən çox izlənən videolar

İƏT bəyanat yayıb (VİDEO)

Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyi tərəfindən görülən işlər nəticəsində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) rəsmi internet səhifəsində “İƏT işğal olunmuş Dağlıq Qarabağda seçkilərin keçirilməsini rədd edir” (“OIC Rejects the Holding of Elections in the Occupied Nagorno-Karabakh”) başlıqlı bəyanat dərc edilib.

Bəyanatda Ermənistan Respublikası tərəfindən 2020-ci ilin 31 mart tarixində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində “seçkilər”in keçirilməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndirilir.

Bundan əlavə, bəyanatda İƏT və ATƏT-in müvafiq qətnamə və qərarlarına uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız sülh yolu ilə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmasının mümkünlüyü qeyd olunub.

Bəyanat İƏT-in rəsmi internet səhifəsində aşağıdakı linkdə yerləşdirilmişdir:
https://www.oic-oci.org/topic/?t_id=23303&t_ref=13971&lan=en

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar