Ən çox izlənən videolar

TƏBİB:"Vəziyyət ciddiləşir" - VIDEO

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva vətəndaşları xüsusi karantin rejminin tələblərinə əməl etməyə çağırıb:

"Vəziyyət ciddiləşir, xəstəlik qripə oxşasa da, xəstə sayı çoxalarsa, xəstəxanalarda yer çatmayacaq. Heç bir ölkədə bilinmirdi ki, pandemiya baş verəcək, eyni vaxtda bu qədər xəstə olacaq. Qaydaların məqsədi budur ki, insanlar məsələyə çox ciddi yanaşsınlar. Karantin rejimidir, ciddi tələbdir, bunu başa düşmək lazımdır. Biz bu qadağaları qoymaq məcburiyyətindəyik. Düşünürük ki, sabah xəstə artanda, xəstəxanada yer olmayacaq, süni tənəffüs aparatı çatmayacaq. Elə etmək lazımdır ki, xəstəxanalara xəstə tədricən düşsün ki, hamıya kömək edə bilək. İndi Azərbaycanın bütün bölgələrində yoluxma var. Vəziyyətə uyğun hər günə uyğun yeni qərarlar ola bilər", 

Bu kateqoriyadan digər videolar
Digər videolar