Ən çox izlənən videolar

176 nəfər əfv olundu - VİDEO

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6 da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncama əsasən 4 saylı qadın cəzaçəkmə müəssisəsindən də 8 nəfər azadlığa buraxıldı.

Ümümilikdə isə azadlığa buraxılan 176 nəfərdən 11-i qadın məhkumlardı.

4 saylı cəzaçəkmə müəssisəsində azadlığa buraxılanlar arasında ən çox 11, ən az isə 3 il cəzası olan məhkumlar var idi.və Onların bugünki sevincinin həddi hüdudu-yox idi.

Qeyd edək ki, ümumilikdə 176 nəfər azadlığa buraxılıdı. Onlardan 2 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər idi. Biri 20, digəri isə 25 il cəza çəkib: Bundan başqa, Nardaran hadisələrinə görə həbs olunan 2 nəfər də əfvə düşüb. Əfv olunanlardan 25-i nəqliyyat hadisələrinə görə azadlıqdan məhrum olunandır.

Xatırladaq ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı olan 176 nəfər Sərəncama əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Dövlətimizin başçısı bu Sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Xatırladaq ki, əfv olunanlar azadlığa buraxıldıqdan sonra xüsusi karantin zonalarına göndərildilər.

Bu kateqoriyadan digər videolar
Digər videolar