Ən çox izlənən videolar

Goranboyda maska istehsalı - VİDEO

Koronavirus pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq, infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi, sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Evdə Qal” kampaniyası çərçivəsində fəaliyyətini davam etdirir.

Əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri əhalinin tibbi maskalarla təmin edilməsi məqsədilə Mərkəzlərin könüllüləri və ictimai əsaslarla Komitə əməkdaşları tərəfindən tibbi maskalar hazırlanır. Goranboyda da Uşaq və Ailələrə dəstək mərkəzi maska istehsalına start verib.

Tikilən maskalar sterilizə edilərək bir qismi rayon sakinlərinə paylanılıb. Tibbi maskaların qalan hissəsinin növbəti günlərdə digər bölgələrdə də vətəndaşların istifadəsinə təqdim edilməsi nəzərdə tutulur.

Bu kateqoriyadan digər videolar
Digər videolar