Ən çox izlənən videolar

Təhsildə internet problemi - VİDEO

Koronavirus pandemiyasının yaratdığı təhlükənin qarşısını almaq məqsədilə martın 3-dən etibarən Azərbaycanın bütün ali və orta təhsil müəssisələrində tədris dayandırılıb.

Bu, tədris müəssisələrində çalışan və təhsil alan 2 milyondon çox şəxsin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Nazirlik təhsildə yarana biləcək geriləmənin qarşısını almaq üçün martın 11-də "Teledərs" layihəsinə start verib, ardınca isə aprelin 2-də "Virtual məktəb" layihəsinə başlayıb. Əlbəttə, bütün bu tədbirlər təhsildə geriləmənin qarşısını almaq, əldə edilən biliklərin möhkəmləndirilməsi üçün mühüm addımlardır.

Amma nəzəzrə alsaq ki, ölkədə internet qiymətləri bahadır, onda onlayn tədris şagirdlərin müəyyən bir qismini əhatə edir.
Hazırda,  Azərbaycanda 4447 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir və orada 1,5 milyon şagird təhsil alır. Məktəblərdən yalnız 320-si Bakı şəhərindədir və orada təhsil alan şagirdlərin sayı 440 mindir.

İnformasiya texnologiyaları üzrə mütəxəssislər problemin əsasını ölkədə rəqəmsallaşmanın yetərincə inkişaf etməməsində görür.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xüsusi güzəştli internet paketinin yaradılması ilə bağlı Təhsil Nazirliyindən onlara heç bir təklifin daxil olmadığını deyir. Nazirlikdən bildirdilər ki, əgər rəsmi şəkildə belə bir təklif daxil olarsa, ona yüksək səviyyədə münasibət bildiriləcək.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar