Ən çox izlənən videolar

Çinin Uhan şəhərinə giriş-çıxış bərpa olunub - VİDEO

Çində yeni növ koronavirus infeksiyasının aşkarlandığı Hubey vilayətinin inzibati mərkəzi olan Uhan şəhərində 76 gündür tətbiq olunan giriş-çıxış qadağası aradan qaldırılıb.

REAL-ın Çin Bürosu xəbər verir ki, yerli vaxtla aprelin 8-də gecə saat 00:00-da nəqliyyatın şəhərlərarası hərəkəti bərpa olunub.

Bundan başqa, aprelin 8-dən etibarən şəhərdə tramvay və taksilərin, gəmilərin hərəkəti və “Tianhe” beynəlxalq hava limanından ölkədaxili sərnişin daşınması bəpra olunur. Hubey vilayətinin rəhbərliyi giriş-çıxış qadağasının aradan qaldırılmasına baxmayaraq Uhan da daxil olmaqla vilayətdə ən yuxarı səviyyədə fövqəladə hazırlıq vəziyyətinin davam edəcəyini açıqlayıb. Bu, pandemiya ilə mübarizənin hələ tam başa çatmaması, habelə virusun "ikinci dalğası"nın qarşısını almaq məqsədi daşıyır.

Yerli hökumət əhaliyə ehtiyac olmadığı təqdirdə yaşadıqları məhəllələri tərk etməməyi tövsiyə edib. Məktəblər, ali təhsil ocaqları, uşaq bağçalarında tətil hələ davam edəcək. Giriş-çıxış qadağasının aradan qaldırılması münasibəti ilə Uhanda işıq şousu təkil olunub.

Qeyd edək ki, koronavirusun sürətlə yayıldığı vaxtlarda - yanvarın 23-də Uhanda və Hubey vilayətinin bir neçə şəhərində elan olunan xüsusi karantin rejimi ilə əlaqədar bu şəhərlərə bütün növ giriş-çıxış bağlanmış, o cümlədən şəhərlərarsı qatarların hərəkəti və hava limanlarından sərnişin təyyərələrinin uçuşları dayandırılmışdı. Son günlər Çində, eləcə də Hubey vilayətində virusa yoluxma hallarının əhəmiyyətli dərəcədə azalması epidemioloji vəziyyətin yaxşılaşmasına səbəb olub. Martın 25-dən Uhanda və digər yaşayış məntəqələrində şəhərdaxili nəqliyyatın, martın 28-də isə metronun və şəhərlərarası qatarların hərəkəti bərpa olunub.

Bu kateqoriyadan digər videolar
Digər videolar