Ən çox izlənən videolar

Məsuliyyətsizlik bazarı - VİDEO

Dünyada koronavirus pandemiyasının nə vaxt başa çatacağı məlum deyil. Məlum olan bir tək bu bəladan yalnız məsuliyyətli olmaq şərti ilə qalib gələcəyimizdir.

Başqa sözlə gigiyenik tələblərə ciddi əməl etməklə özümüzü də qoruyacağıq, ətrafımızı da.

Azərbaycanda bu mövzuda maarifləndirmə işinin sürətli getməsinə rəğmən hələ də baş alıb gedən infeksiyaya qarşı biganə münasibət sərgiləyənlərə də rast gəlinir. Elə qida məhsullarının sərgiləndiyi bazarlarda olduğu kimi. Doğrudur indiki halda satıcıları daha çox alıcı azlığı narahat edir.

Maska və əlcəkdən istifadəyə başısoyuq münasibət də görünür ondan qaynaqlanır. Bəziləri məsuliyyətinin fərqində olsalar da maskasız alış-veriş edənlər də kifayət qədərdir

Bundan başqa, paytaxtın bir sıra bazarlarında qiymətlərə koronavirus infeksiyasının təsiri də özünü göstərir. Müşahidələrimiz də göstərdi ki, bazarlarda alıcılıq qabiliyyəti aşağıdı. Bu səbəbdən də bəzi satıcılar məhsullarını adi günlərdəki satış qiymətindən daha aşağı təklif edirlər.

Qiymətlərin ucuzlaşması kimin üçünsə sərfəli ola bilər amma, insan sağlamlığı daha qiymətlidir. Və o bütün tələblərdən yüksəkdə dayanır.

Bu kateqoriyadan digər videolar
Digər videolar