Ən çox izlənən videolar

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 111 milyon manatdan çox vəsait yığılıb - VİDEO

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 111 182 485 manat ianə edilib.

İanələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 2753 hüquqi, 8688 fiziki şəxs ianə köçürüb.

Fonda yığılan vəsaitlərin xərclənməsi ilə bağlı Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, “Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ ki, xərclənməyib. Vəsaitin xərclənməsi mexanizmi tam formalaşmayıb”. O qeyd edib ki, vəsaitin xərclənməsi zamanı şəffaflıq maksimum təmin olunacaq:

“Bu, xalq vəsaitidir. Çox müqəddəs bir iş, ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etmək üçün xərclənəcək. Bununla bağlı komissiya yaradılacaq. Komissiyada alimlər, deputatlar, maliyyəçilər, iqtisadçılar olacaq. Həmin adamlar qərar verəcək ki, istiqamət hara xərclənsin. Onlar həm də vəsaitin xərclənməsinə nəzarət edəcəklər. Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytında vəsaitin xərclənməsi bölümü var. O bölməyə vətəndaşlar daxil olub hər bir qəpiyin hansı istiqamətə xərcləndiyi haqqında məlumat ala biləcək”- deyə, İbrahim Məmmədov bildirib.


Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da yaradılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar