Ən çox izlənən videolar

Onlayn beynəlxalq uşaq oyunları - VİDEO

Milli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan, uşaqlar arasında 8-ci ənənəvi Zirvə Beynəlxalq Uşaq Oyunları start götürəcək.

Dünyada tuğyan edən koronavirus pandemiyası səbəbindən budəfəki yarışların təmassız, onlayn şəkildə keçirilməsi nəzərdə tutulub. Oyunlar ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğunlaşdırılaraq təşkil olunacaq.

Durumu nəzərə alaraq uşaqlar arasında basketbol, futbol, uşaq atletikasında uzununa tullanma simvolik nizə atma, kamandan oxatma və atıcılıq yarışları keçiriləcək.

Tofiq Heydərov yarışın uşaqları idman cəlb etmələri üçün də əla fürsət olduğunu düşünür. Belə ki, Oyunlara qatılacaq iştirakçılar yarış üçün lazımi vadanlıqlarla da təmin olunacaqlar.

Ötən ilki yarışda 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınamışdısa, bu dəfə iştirakçıların daha çox olacağı gözlənilir.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar