Ən çox izlənən videolar

Məğlub xalqın qalib məşqçisi - VİDEO

9 may 1945-ci il Almaniyanın tarixinə Böyük Vətən müharibəsində məğlubiyyət günü kimi yazılıb.

Amma almaniyalıların müharibədə uduzduqları gün gələcəkdə futbol aləmində böyük uğurlar qazanacaq məşqçiləri dünyaya gəlib. Söhbət Yupp Haynkesdən gedir. Həm futbolçu, həm də məşqçisi kimi küllü miqdarda titul qazanan Yupp, adını futbol tarixinə qızıl hərflərlə yazdıran şəxslərdəndir. Futbolçu kimi Mönhenqladbax Borussiyası ilə 4 dəfə Almaniya Bundesliqası, 1 dəfə ölkə kubokunu, 1 dəfə isə UEFA kubokunu qazanan Haynkes, Almaniya millisinin heyətində Dünya və Avropa çempionu olub. O, məqşçi kimi də bir çox nailiyyətlərə imza atıb. Bayern Münhenlə 4 dəfə Almaniyanın ən güclüsü olan Yupp, ölkə kuboku və UEFA Çempionlar Liqasını da qazanıb. Almaniyalı mütəxəssis Real Madridlə də ən nüfuzlu klub turnirini qalibi olub. 2011-ci ildə 3-cü dəfə məşqçi kimi Bayernə qayıdan Yupp Haynkess 2013-cü ildə bütün turnirləri qazanaraq karyerasını başa vurduğunu açıqlamışdı. 75 il əvvəl məğlub xalqın dünyaya gətirdiyi qalib, 4 il sonra yenidən məşqçiliyə qayıtsa da, Bayern Münhenlə cəmi 7 aylıq müqaviləyə qol çəkir. Mövsümün sonunda klub rəhbərliyinin israrına rəğmən işini başa vuran Yupp, bir daha geri qayıtmayıb.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar