Ən çox izlənən videolar

"Azərkitab"da videokonfrans - VİDEO

Bu gün Azərkitabda Ulu öndər Heydər Əliyevin 97-ci ildönümü ,"Azərkitab"ın fəaliyyətə başlamasının 3 illiyi və 9 may Qələbə Günü münasibətilə onlayn tədbir keçirildi.Tədbir Operativ Qərargahın qəbul etdiyi qaydalara uyğun olaraq videokonfrans şəklində reallaşdı. Mətbuat şurasının sədri Əflatun Amaşov,Azərbaycanın əməkdar artisti Azad Şükürov,millət vəkili Jalə Əliyeva,İki sahil qəzetinin baş direktoru Vüqar Rəhimzadə videokonfransda iştirak edirdi.Tədbiri giriş sözü ilə "Azərkitab"ın layihə rəhbəri Sabir Həsənov açdı.

Sabir Həsənovdan sonra videokonfransda iştirak edən qonaqlar da Ümummilli lider Heydər Əliyevlə bağlı maraqlı xatirələrə toxundular,eyni zamanda Qələbə gününün bizim şərəfli tariximiz olduğunu qeyd etdikdən sonra da Azərkitabın 3 illik fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirdilər.

Qeyd edək ki,videokonfrans zamanı həm də Ümummilli lider Heydər Əliyevə həsr olunmuş qısa videoçarx da nümayiş olundu.

Bu kateqoriyadan digər videolar
Digər videolar