Ən çox izlənən videolar

MTV canlı yayıma başladı (VİDEO)

MTV və ya Azərbaycanın yeganə musiqi kanalı....Bu gün bu kanal bir yeniliyi reallaşdırdı və ilk dəfə canlı yayımla izləyicilərin qarşısına keçdi.

Bilindiyi kimi, bu gün Ümummilli lider Heydər Əliyevin 97-ci ildönümüdür və MTV də canlı yayıma məhz ulu öndərin doğum günündə başladı.

2012-ci ildən internet vasitəsilə yayıma başlasa da bu gün artıq MTV-nin adı həm Azərbaycanda həm də hüdudlarımızdan kənarda hallanır. Təbii ki, bu da böyük bir uğurdur.

Kanal olaraq ən ümdə vəzifəsi isə əsl və keyfiyyətli Azərbaycan musiqisinin təbliği və inkişafına təsir göstərməkdir. Bu gün ölkənin yeganə musiqi kanalıdır MTV. Və elə yeganə olduğuna görə də bütün musiqi camiyyəsinin fəaliyyəti demək olar ki, bu telekanaldan keçir.

Son on ildə demək olar ki, Azərbaycan klip bazarında böyük durğunluq var idi. Müğənnilər istehsal etdikləri məhsulu harda yayımlayacaqlarını bilmirdilər. Amma artıq demək olar müğənnilərimiz yaxşı mənada klip yarışına başlayıblar.

Bundan başqa hər 2 saatdan bir “Mtv xəbər” proqramı da yayımlanır ki, burada da tamaşaçılar musiqi, şou, mədəniyyət sahəsində baş verən ən maraqlı və eksklüziv xəbərləri ala bilirlər.

Hazırda da yeni və maraqlı layihələr üzrə hazırlıqlar gedir.

MTV-nin ilk canlı efirinə çıxan isə elə Samir Bayramlı oldu. Efirdən sonra Samir Bayramlı ilə söhbət etdik.

Bu kanal yayımının ilk günündən dünya və yerli musiqi xəzinəsinin incilərini keyfiyyətlə təqdim edib. Hər zaman eksklüziv kliplərin ünvanı olan MTV Azərbaycan 2017-ci ildən peyk yayımı üçün lisenziya alıb.

Qeyd edim ki, kanalın sabah 8 yaşı tamam olur. Qarşıdakı illərdə də MTV rəngarəng layihələrlə sizə xidmət göstərməyə davam edəcək.

Musiqiyə olan ehtiyacınızı MTV ilə ödəyin.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar