Ən çox izlənən videolar

Aİ-Azərbaycan strateji tərəfdaşlığı (VİDEO)

Avropa İttifaqı Şurası tərəfindən “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı Yekun Qətnamə” adlı qərar Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq saziş üçün geniş imkanlar açır.

Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü, Millət vəkili Sevil Mikayılovanın sözlərinə görə həmin qərarda Aİ Şurası ilk dəfə olaraq öz sənədində ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini, eləcə də beynəlxalq nizama və beynəlxalq hüquqa əsaslanan qaydaları “ümumi öhdəlik” kimi qiymətləndirir və Aİ üçün strateji xarakter daşıyan “fundamental dəyələr”lə bir siyahıda qeyd edir.

Bu isə Azərbaycan tərəfindən edilən çağırışlara müsbət cavab kimi də qiymətləndirilir.

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri arasında Aİ üçün ən önəmli tərəfdaşdır. Bu ilk növbədə ölkəmizin Avropanın enerji təhlükəsizliyində tutduğu mövqeyə görədir. Çünki Prezident İlham Əliyevin uğurlu enerji siyasəti ölkəmizi Avropanın enerji təminatında və enerji marşrutlarının şaxələndirilməsində ən vacib və etibarlı tərəfdaş kimi tanıtdırıb.

Xatırladaq ki, may ayının 11-də Avropa İttifaqı Şurası tərəfindən “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı Yekun Qətnamə” qəbul edilib. Qərarın 2-ci bəndində Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətlərin əsasını müəyyənləşdirən ümumi qarşılıqlı öhdəliklər təsvir olunub.

Həmin sənədin 5-ci bəndində “Şura yeni çərçivə sazişi ilə bağlı Aİ və Azərbaycan Respublikası arasında davam edən danışıqlarda olan irəliləyişi təqdir edir” ifadəsi yer alır. Bu isə Aİ Şurasının bu sənədində Aİ ilə Azərbaycan arasında bağlanması nəzərdə tutulan Müqaviləyə istinad olunması baxəmından Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir.

Qeyd edək ki, Azərbaycanla Aİ arasında hazırda daha geniş əməkdaşlıq imkanları açacaq Müqavilə üzərində iş gedir.

Bu kateqoriyadan digər videolar
Digər videolar