Ən çox izlənən videolar

Siyavuş Novruzov: Əli Kərimli miqrant alveri ilə məşğul olur (VİDEO)

“Bu gün miqrant alveri və insan alverinin başında Əli Kərimli dayanıb”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov qeyd edib ki, bu gün bir sıra siyasi partiyalar, Milli Şura və onun tərkibində olan Xalq Cəbhəsi, başında insan alverçisi duran Əli Kərimli miqrant alveri ilə məşğul olur:

"Azərbaycan vətəndaşları saxta sənədlərlə Avropaya satılır. Bu gün insan alveri ilə təkcə cinayətkar qruplar deyil, siyasi partiyalar da məşğuldur. İnsan alverinin başında duranlardan biri də Əli Kərimlidir. İnsan alveri təkcə hansısa təcavüz, cinsi istismar olunması deyil, həm də miqrant alveridir. Məsələn, Əli Kərimli saxta sənədlərlə Azərbaycan vətəndaşlarını Avropaya satır. Bunlar təkcə qadınları deyil, miqrant adı altında kişiləri də Avropaya satır. Siyasi partiyalarda olan bəzi ünsürlər günahı bir-birinin üzərinə atır. Milli Koordinatorun gələcək hesabatlarında bunlar da öz yerini almalıdır. Azərbaycan xalqı digər insan alverçiləri ilə yanaşı, miqrant alveri ilə məşğul olanları da tanımalıdır”.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar