Ən çox izlənən videolar

Azərbaycanın beynəlxalq təşəbbüsü - VİDEO

Azərbaycanın dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olması pandemiya dövründə bir daha təsdiqini tapıb.

"COVID 19" pandemiyası ilə dünyanın mücadilə apardığı bir mürəkkəb dönəmdə dünya dövlətlərinin koronavirusa qarşı mübarizə istiqamətində səylərini birləşdirməyə zərurət yaransa da bu istiqamətdə təşəbbüslə çıxış edən bir dövlət yox idi.

Belə bir şəraitdə Prezident İlham Əliyev koronavirusla mübarizədə çox uğurlu və dünya dövlətləri tərəfindən yekdilliklə qəbul edilən təşəbbüslər irəli sürdü.

Millət vəkili Elşad Mirbəşirin sözlərinə görə koronovirusla mübarizə istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, həmçinin ölkə rəhbərliyinin antiböhran idarəçiliyi təcrübəsi dünya üçün örnəyə çevrilib.

Millət vəkilinin fikrincə ölkədə sosial layihələrin təxirə salınmaması, pandemiya şəraitindən Azərbaycan vətəndaşlarının minimum zərərlə çıxması istiqamətində atılan addımlar Azərbaycan dövlətinin siyasəti mərkəzində Azərbaycan vətəndaşının dayandığını isbatlayır

Bu kateqoriyadan digər videolar
Digər videolar