Ən çox izlənən videolar

Mir Şahinin vaxtı - VİDEO (20.05.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin.

Bu gün bəlkə də ən açıq danışdığım efir olacaq. Metaforasız. Fantasmaqoriyasız. Ezop dilsiz-filansız. Hər kəsi, hər şeyi, hər nəyi öz adı ilə çağırmaq lazımdır. Və bunu da elə etmək gərəkdir ki, kütlənin lap dərinliklərinə gedib çatsın.

Bu gün dünyada bir müstəqil Azərbaycan var. Onun müstəqilliyinin qədrini-qiymətini bilən, bu dövləti gücləndirən, onu beynəlxalq əlifbanın baş hərflərindən birinə çevirməyə çalışan iradə sahibi var.

O, Prezident İlham Əliyevdir.

Prezident İlham Əliyevi müdafiə edən, siyasətinin yalnız vətəndaş firavanlığı və səadəti üçün, millət üçün, dövlətin rifahı üçün olduğunu anlayan, buna görə də onu müdafiə edən xalq var.

Hakimiyyətlə dövlət müstəqilliyi və əsas ideoloji bazalar istisna olmaqla digər bir sıra sahələrdə tənqid edən, amma başı Azərbaycana bağlı müxalifət var ki, onun da hədəfi son məqamda dövlətin maraqlarına zidd olmamaqla hakimiyyətə dəyişikliyidir. Yeni konfiqurasiyanın şərtlərinə uyğun mövcud olan bu hüquqi-qanuni müxalifət xaricdən maliyyələşmir. Kənar ölkələrin müdaxiləsilə hakimiyyətin zorakı yolla dəyişdirilməsi tək cinayətkar planlarda iştirak etmir.

Və bir də var qaragüruh: antigigiyenik, antisanitar artıq-urtuqlar, tör-töküntülər.

Bu güruh heç bir göstəricisinə görə iqtidarlığa uyğun gəlməyən, savadsız, cahil, avantürist, uğusuz, iddialılardan ibarətdir. Onların da başında Əli Kərimli dayanır. Bu gün biz sizə özünü Milli Şura adlandıran, amma təbiət etibarilə milliliyin əleyhinə olan, xaricdən idarə olunan bu tör-töküntü yığının, mənim haqlı olaraq qara güruh adlandırdığım siyasət bomjlarının anatomiyası, onların dövlətimizə törətdiyi təhdidlər barədə danışacağıq.

Bunun üçün Sizə ciddi dəlil və sübutlar təqdim edəcəyik. Görünür, Əli Kərimli və bir qısım tərəfdarının ətrafında nəzakətlə, obrazla davranaraq rəqqaslıq etmək artıq faydasızdır. Necə deyərlər, dərman, iynə effektsizdir, əməliyyat stolu vaxtıdır. Bu adamlarla yumşaq davranmaqla onlara özlərini bağışlamaq, dövlət, vətəndaş yoluna qayıtmaq şansı saxladıqca daha da azğınlaşırlar.

Niyə belə birbaşa və ünvanlı?

Qərardad, qətnamə, hökm üslubumun səbəbi var. Deməli bir neçə gündür ki, sosial şəbəkələrdə Milli Şuranın hansısa parakəndə toplantısından parçalar yayılır. Bu parçalarda psixi cəhətdən anormal, şizofreniyadan əziyyət çəkən potensial pasientlərin mübhəm dünyası, içi, iç üzü açılır. Onların təkcə siyasətçi, ictimai vahid kimi yox, həm də bir xəstəhal fərd kimi cəmiyyətdən ötrü təhlükəli olduğunu hələ əmgəyi bərkiməmiş, bişməmiş yeniyetmələr və cocuqlar bəlkə də anlamaq iqtidarında deyil. Amma biz nə yeniyetmə, nə də cocuğuq.

Ortada bir prinsipial döyüş faktı var: Qurucu Əliyevlə Dağıdıcı Qaragüruh arasında gedən təfəkkür savaşı, dünyagörüşü, zaman döyüşü.

Düzdür onlar azdırlar. Amma sosial şəbəkələrdə özlərini olduqları kimi yox, təğyir libas edərək vitrinə çıxardıqlarından aldatmaq, azdımaq imkanları var və bu bəzən naşı kontingentə öz təsirini göstərir. Bixəbər yeniyetmələrdə, gənclərdə olan məlumatsızlıq mühiti belələri üçün münbitdir. Ona görə də bildiklərimizi bölüşməliyik. Paylaşmalıyıq. Çünki cinayəti bilib xəbər verməməyə görə də məsuliyyət var!

Məsələn, bunu mən bilirəm ki, Gültəkin Hacıbəyli hansı yuvanın quşu-dur. Və ondan ötrü hansısa səfirliyin bez və bezbatırma, ya da biz və biz batırma üzrə təlimatçısından “bir ipək kimi, hələ qanadları da var!” molodesi almaq ən böyük təltifdir.

Yəni bunu mən bilirəm!!! Faktlarım var. Amma yeniyetmə bilmir axı. Cocuq bilmir axı, görəsən ondan neçə dənədir?!”

Və ya burada qeyrətli birisi tək çıxıb gey rətli birisini təhqir edən Vidadi Mirkamalın əslində bütün mahiyyətini biz bilirik axı. Bizə məlumdur ki, bu şəxs sıradan biri deyil, öz general şalvarının qırmızı xəttini keçərək bir cavan gəlini yoldan çıxararaq bığaltı, bağaltı kişi---işi görən və nəticədə gənc ailəni-kiçik dövləti dağıdan qadın düşkünüdür.

Ya da Cəmil Həsənlinin öz milli qeyrətinə dəstək kimi cücərtdiyi sekond hənd bığla buğlanması ola bilər ki, gənclərə, yeniyetmələrə nəyləsə xarizmatik görünsün, amma biz bilirik axı onun bığ yeri köhnəcə tərləməsinin arxasında bir dövlət verən bağ məsələsi də var ki, dövlət onu əlindən alandan sonra prafsır bağının hayıfını çıxmağa çalışır. Ona görə də bu prafsır üçün, məsələn, Qarabağ naminə Ermənistanla mübarizə yox, qara bir bağ naminə Azərbaycanla mübarizə əhəmiyyətlidir. Bu gün bığı və bağı arasında qalmış bu adam əslində srağagün belə olub:

Beləliklə, yüngül bir mündəricatdan sonra qayıdaq bayaq elan etdiyim əsas mövzuya.

Niyə özünəməxsus vikiliks məşhurları haqqında xüsusi danışmaq qərarına gəldik və bu Haqverdiyev marallarının nəyi, harası təhlükəlidir ki, əslində məzhəkəliyə çəkən bu hekayətə ciddi ton veririk. Məsələ bundadır ki, dırnaqarası“Mlli Şura” burada özünü elə açıb buraxıb ki, hər addımda mütəşəkkil cinayətkar dəstə təəssüratı yaradır. Sosial şəbəkələrdə hər gün yeni seriyası yayılan bu maraqlı klinik studiya “film”i qaragüruhun çekap nəticələrini göstərir.

Birinci nəticə. Qeyri-səmimilik və etibarsızlıq. Bu ayrı-ayrı şəxslərin heç biri nə birlikdə, nə də bir yerdə səmimidir. Yengələrin xatirə bölüşməsi aktını xatırladan bu mərəkədə nə “onlar” var, nə də “özümüzünkülər”. “Yalnız mən varam!” deyən namərd bir qrup var ki, onlar da hamının arxasınca danışır. Bu, kuluar söhbəti, kulisarxası danışmaq deyil. Təhlükəli niyyətlərin ara-bir pırtlayıb bayıra çıxdığı “qarışıq qeybət yığınıdır!” təhlükə barədə az sonra danışacağıq.

Hələlik isə Sizi, hörmətli tamaşaçılar! Üz-üzə gələndə bir-birinə bəy tərifi oxuyan, gəlin havası çalan, ali materiyalardan dəm vuran qara güruhbaşıların bir-birinin altını necə qazdığına baxmağa dəvət edirəm. Baxın necə qazırlar. Altdan-altdan. Xısın-xısın. Xaincəsinə. Məsələn. indi eşidəcəyiniz kollegial rəy Osmanqızı kanalının pərçimlənmiş Promoteyi İbadoğlu və komandası haqqındadır.

Qənimət Zahid Qubad İbadoğlunun yeni siyasi qurum yaratması barədə anons verir. Gəlin baxaq.

Bu həmin Qubaddır ki, Osmanqızı kanalı Əli Kərimli ilə yanaşı onun da PİAR-nı aparırdı və əsas məqsəd də budur ki, cəmiyyət onların iki vücudda bir baş olduğunu anlasın. Amma əslində bunu ilk növbədə Əli Kərimli istəmir!

Qubadın ayrıca skripka olmaq istəməsi, BİZ yaratması, liderlik ambisiyası milli və getdikcə milsizləşən Şuranı Kərimlinin drijor çubuğu ilə qabaqlayıcı tədbirlər görməyə təhrik edir. Ona görə də İbadoğlunun BİZ-i Gültəkinkimilər fəsiləsinin Əlikərimlilər tipinin incə yerlərinə batır. Burada Siz yəqin ki, atmacaların ünvanını, ittiham və hücumların birbaşalığını tuta bilirsiniz.

Kərimli qarışmır hələ, amma barmağı uzunqulağın münasib yerinədir.

Biz-də artıq güruhun casusu da var, bu da nə vaxtsa diplomat olmuş Arif adında bir Məmmədovdur. Əli Kərimlinin Avropadakı çerez ettelaat nümayəndəsi Qənimət Zahidin tapşırıqlarını icra edir. Gərək Qubadgil onun yanında hər şeyi danışmasınlar. Necə deyərlər, “düşmən qulaq asır!”

Gültəkin Hacıbəyli dünənə qədər ağız həmkarı olan Qubad İbadoğlunu qorxaqlıqda günahlandırır. Ardınca daha bir həmkarları, Ərəstun Oruclunu müzakirəyə çıxarırlar.

Diqqətli baxaq. Sözümün canını sonda deyəcəm.

Yazıq Eldar Namazov... Əslində Əli Kərimlinin Simpsonlar klubu anlayır ki, Ərəstun da, Qubad da bu Milli Şuranın milsizliyini, yəni səmərəsizliyini anlayır. Yeri gəlmişkən hələ ortada iki ayrı şəxsin Milli Şurasını tərk etməsini də unutmayaq. Səbəb elə budur. Perspektivsizlik və səmərəsizlik. Gələcəyi olmayan bir zad. İkincisi də, görünür hakimiyyətin müxalifəti də nəzərə alan yeni konfiqurasiya ideyası artıq öz nəticələrini verir. Bu parçada söhbət hakimiyyətin daha bir opponentindən gedir.

Professordur deyəsən. Altay Göyüşov. Əvəlcə kiçik bir arayış verim ki, tamaşaçımızın məsələdən xəbəri olsun. Osmanqızı ona qədeş deyib, Altay da ona cavab verib. Və...burada artıq başlanıb Altaya qarşı linç əməliyyatı. Şəbəkə terroru.

Məsələn, Azərbaycandan kənarda divar üstündə üzü vətənə oturan Rahim Hacıyev adlı şurəvi-neobolşevik gözünü bərəldib, ağzını açıb. Üzr istəyirəm tamaşaçılarımızdan, amma işlədilən ifadənin üstünə texniki səs siqnalı vuranda mənası daha pis alındığından onu olduğu kimi saxlayıram...

Baxın, amma Kərimlinin Altay Göyüşova yaraşdırdığı ləqəbə, ayamaya, dırnaqaası fəxri ada görə yenə Sizdən üzr istəyirəm. Əvvəldən baxaq.

Zoom toplantıda Vidadi Mirkamalın bütün bahadırlara ünvanlandırdığı “Pəhləvanların ağlı olmur axı!” deyimini isə arzu edərdim ki, pəhləvanlar eşitməsin. Çünki onlar zarafatı sevmir. Həm də ki, dövlətdən həmişə qayğı, sayğı görən pəhləvanlarımız belə düşük və şit replikaya öyrəşməyiblər. Nəsə. Qeybətcillər Milli Azadlıq hərəkatının liderlərindən biri, Əli Kərimlinin siyasətə gəlməsində özünəməxsus rolu olan Nemət Pənahlıdan da danışırlar. Bu zaman Gültəkin Hacıbəyliinin azadlıq aşiqi haqqındakı aşağılayıcı çıxışına Qənimət Zahid və Əli Kərimli replika verir.

Bütün işarələr Əli Kərimlidən gəlir. Onun “mənim strateji qonşum” deməsi qüruhdaşlarına aşağılamaq üçün verdiyi komandadır. Kiçik bir arayış da verim ki, məlumatsız tamaşaçımız bilsin - “mənim strateji qonşum” ifadəsi hardandır. Deməli bir neçə il əvvəl Kərimlinin evinin qabağında Əli Kərimliyə qarşı etiraz aksiyası keçirən qrupun qarşısına onunla eyni ərazidə, yoxsa eyni binadamı yaşayan, burası dəqiq yadımda deyil, Nemət Pənahlı çıxmışdı. Və etiraz etmişdi ki, olmaz belə, evdə-qadın var, uşaq var, söyüş söyməyin, gedin burdan və s. Yəni Nemət Pənahlı Əli Kərimlini, onun ailəsini müdafiə etmişdi. Əli və onun qaragüruhbaşıları da əvəzini belə çıxır.

Qənimət, Gültəkin, Əli öz aləmlərində Nemət Pənahlını guya indi ələ salır da...

Və Bu da İlqar Məmmədov. Əli Kərimlinin idarəçiliyi və Osmanqızının efir siyasətilə birmənalı şəkildə lənətlənən, təhqir edilən Real hərəkatının lideri İlqar Məmmədova verilən xarakteristika. Şura üzvlərinin İlqara münasibətini də izləyək. Kərimli İlqar Məmmədovun sıradan çıxarılması üçün primitiv intriqalar qurub. Bu intriqaların bəzi əlamətlərini burada müşahidə edirik. Baxın.

Qeyri-səmimiliyin miqdarı və ünvanı barədə məncə kifayətdir. Bircə onu demək qalır ki, bu kompaniyada qeyri-səmimiliyin əsas prodüseri və rejissoru Əli Kərimlidir. Bütün ssenarilər ona məxsusdur. O pas verir. Özünün olmadığı yerlərdə də primitiv, bəsit gedişləri, barmaq izləri var.

Müşavirənin ortaya çıxardığı ikinci nəticə, buradakıların istehza doğuracaq dərəcədə qeyri-ciddiliyidir. Belə baxanda kifayət qədər yaşları, içində böyük ehtimalla ağıl olmalı başları var. Hətta siyasətlə məşğul olduqlarını düşünürlər. Amma siyasətçi üçün vacib olan bütün göstəricilərdən əsasən məhrumdurlar.

Təsəvvür etməyə çalışın: qarşınıza çıxardığımız bu kaleydeskop Kərimli və güruhunun ən ali orqanıdır. Hətta Rəyasət Heyəti də adlandıra bilərik. Bir az da irəli gedək. Deməli, Allah göstərməsin, nə vaxtsa bu “mütəşəkkil qrup” iqtidara gəlsəydi, hakimiyyəti özü, yəni təkbaşına idarə etməliydi. Çünki ətrafdakı müxalifət sayılanlardan heç birini qəbul etmir, hamısını ələ salır. Belədə heç bir koalisiyadan söhbət gedə bilməz. Allah göstərməsin. Və yaxşıdır ki, göstərməyib.

Deməli, Gülünctəkinin siyasətçi kimi proqnozuna görə o 2-3 aya hakimiyyətə gələcəyini düşünür. Mən bilmirəm o hansı ayın hansı başıyla hesablayır, amma bu simpsonlar klubunda hamı gülünctəkin vaxtı ilə düşünür. Burada bir-birini qıdıqla oyatmaq istəyən kim, qəlyan çəkən kim... bir sözlə qeyri ciddiliyin xorxahor qəlyandarları! Bu onun ağzından alır o birisinin ağzına ötürür... estafet...

Ortada daha bir vektor var. Vidadi Mirkamal-Əli Kərimli.

Burada da ilk baxışdan məsləhətləşmək tonu var, amma əslində bu tam imitasiyadır. Ədliyə generalı dahiyanə strateq kimi hesablayır.

Əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən Osmanqızı kanalında bu Dilli Şuranın dilmancı Əli Kərimlinin çıxışı üşün ən əlverişli vaxtı təklif edir. Onun bu yaxınlarda eşq ilə dünyaya hökmüran olar! fəlsəfəsinə elə bağ evindən tanışıq.

Amma indi artıq söhbət başqa eşqiyadan gedir. Və ona hətta Əli Kərimli də mane olmamalıdır. Odur ki vaxtı dəyişməli!

Bu adam mahiyyət etibarilə sadəcə tamaşaçıdır. Daha çox evdar qadınlar, ahıllar üçün nəzərdə tutulan bir seriyalın tamaşaçısı. Hətta özətlərə qədər.

Ancaq yəqin Əli Kərimlinin də reaksiyasına fikir verdiniz. Burada da əsas söz sahibi odur. Necə deyərlər, təklifləri hər kəs versə də qərarı bir kəs və bir kəz qəbul etməli! Qeyri ciddi olsa da müəllif birdir. Əli Kərimli. Özü də vaxtı çox azdı adamın. Əsas məsələləri ön plana çıxarmaq lazımdır, nə qədər ki Kərimli burdadır. Deməli milli virtual şuranın əsas qəhrəmanı olan Əli Kərimli toplantıda sonadək qala bilməyəcəyini anons edir. Vacib səbəbdən buranı tez tərk edəcəyini elan edir.

Bəs nəymiş bu vacib səbəb? Həəəə. Deməli bu zəruri səbəb Əli Kərimlinin telefonunun zaryadkasıymış.

Mən bədbəxt telefon sahibinə zaryadkasının möhlətini hesablaya bilməməyi irad tutmuram. Ola bilər. O qədər sputnik səbəblər ola bilər ki...

Amma axı Əli Kərimli toplantıya evindən qoşulub. Şuranın iclasına mənzilindən qoşulub, mənzildə də işıq yanır... bəs niyə zaryadkanı yenidən toka taxmaq istəməsin adam. Bəlkə zaryadkaya qoşulmamağı qoşulmaqdan daha çox istəyir?! Kərimli qeyri-ciddiliyinin çeşidi çoxdur. Məsələn, mən hələ indiyədək başa düşə bilmirəm: adam niyə bütün inadını, səyini, səbrini, təşəbbüs və niyyətini özünə xarici pasport almağa yönəltmir? 3 ildən bir, 5 ildən bir, iki-ağız, üç ağız saat quşu kimi “bup-bun, pas-port!”, “bup-bun, pas-port” deyə səs çıxarır və başını qaytarıb qoyur yuvasına. Özü də bir yandan bar-bar bağırır ki, bu illər ərzində nə qədər məhbusun azad edilməsinə, pensiyaların, maaşların artırılmasına nail olub, kredit bağlatdırıb, texnikuma girib bizimçün, filan, ölkədə az qala tenevoy prezident olub, bəs niyə özünə xarici pasport almağı belə çox istəməyib? Özünə pasport almaq məqsədilə bir aksiya belə keçirməyib? Belə çıxır ki, məntiq elə zaryadka məntiqidir: Əli Kərimli ya pasport almaq istəmir, ya da daha çox almamaq istəyir. Ona görə ki, ona Stalinqradlığın insan sifətində təcəllası lazımdır. Blokadaya alıblar kişi qırığını. Pah atonnan.

Tanınmış jurnalist Arif Əliyev onunla müsahibədə adamın üzünə deyir ki, biz gələndə burada heç kimlə rastlaşmadıq axı.

Müsahibədəykən bir parçanı da təqdim edim. Deməli, yaşadığı evin blokunu ada sayıb blokada! blokada! deyə haray çəkən Kərimli polisi, asayiş keşikçilərinin onun yanına gələnləri saxladığından şikayətlənir. Sistem dəyişməlidir deyir, amma elə həmin müsahibədə də ölkədə sistemin çalışdığını, yaxşı çalışdığını etiraf edir.

Belə. Budur ən böyük qeyri-ciddilik və məntiqsizlik. Adam özü işlək hesab etdiyi sistem barədə əvvəl deyir ki, sistem işləmir!

Hörmətli tamaşaçılar! Söhbət olduqca ciddi məsələlərdən gedir. Ona görə də çox istərdim ki, həm mənim təqdim etdiyim faktlara həssas yanasınız, həm də zoom müşavirənin ayrı-ayrı parçaları ilə qaragüruh psixologiyasının açıldığı detallarda diqqətli olasız. Bu toplantı qaragüruhun qeyri-ciddi olması qədər həm də çox təhlükəli bir şəbəkə olduğunu nümayiş etdirir. Yəni, Kərimlinin qanuna, öz məsuliyyət hissinə münasibəti səhlənkardır.

Yadınızdadırsa “Məhsul” stadionunda mitinq keçirilməsinə qaragüruha rəsmi sanksiya verilməmişdi və bunun da səbəbi kimi göstərilmişdi ki, aksiyada iştirak edənlər həmin ətrafda insanların istirahət hüququnu pozur, metro stansiyasında hətta dava-dalaş da salırlar və s. Bax o zaman Kərimli belə demişdi:

Hüquqşünas olduğunu tez-tez təkrar etməyi sevən bu adam anlamır ki, bu məsuliyyət əməliyyata götürülən xəstənin ya özünün, ya da yaxın qohumunun imzasından da artıq cavabdehlik tələb edir. Deməli, qaragüruh və onun başı 1993-cü ildə kimi işləyir. O heç nəyə görə məsuliyyət daşımır. Burada diqqət çəkən məqam odur ki, qaragüruh əslində xalqa lazım olmadığını, cəmiyyət içində heç bir nüfuza malik olmadığını başa düşür. Öz aralarında heç olmasa bunu deməklə zəif, aciz durumda olduğunu etiraf edir. Biz ona lazım olmayacağıq deyir. Digər tərəfdən isə həm də qarışıq vəziyyətə müəllif hüququnu qoruyub saxlamaq istəyini gizlətmir.

Zoom müşavirənin daha bir nəticəsi. Üçüncü nəticə-Azərbaycana gətirilən söyüş kompaniyasının başında bu gün dayanan şəxsin nəhayət ki üzə çıxmasıdır. O Əli Kərimlidir. Vidadi Mirkamalın replikası da kifayət ola bilərdi. Burada söhbət İsmayıl Cəlilov adlı bir kəsdən gedir və bir zamanlar Osmanqızının həta müdafiəsinə qalxan, ona məsləhət verən İsmayıl haqqında müzakirə açıb qərar verirlər bu zaman Vidadi Mirkamal söyür!!!

Kərimlinin iştirakıyla keçən tədbirdə açıq təhqir faktı var. Kərimli isə elementar səsini də çıxarmır. Əksinə prosesə emosional dəstək verir. İkincisi isə, təhqir edən şəxs bunu Gültəkinə, Gültəkin olanda nə olar ki, hər halda bir qadına verdiyi dəstək zamanı edir. Yəni belə ifadələr Milli Şuranın xarakterinə o qədər xasdır ki, o qədər tez-tez baş verir ki, güruh üzvləri bunu adi hal kimi qarşılayır. Bir az əvvəl biz qeyri-səmimilikdən danışanda da Altay Göyüşovun ünvanına səslənən təhqiri misal çəkdik. Söyüş kompaniyasının başında Kərimlinin dayanmasının daha bir sübutu.

Buyurun. Əvvəl qulaq asaq: Kərimli söyüş prosesini idarə etməsini boynuna almır. Yenə də Arif Əliyevin götürdüyü müsahibədəndir.

Amma indi sizə başqa bir kadr göstərəcəm.

Məsələn elə bu adam. O Kərimlinin tərəfdarlarındandır. Aktiv söyüş söyənlərdəndir. Söyüş parçalarını ayıb olduğundan ekrana vermirəm. Və indi buna baxın.

Bu da həmin adamdır. Bu dəfə Əli Kərimliylə, onun evində, süfrəsi başında. Telefon nömrəsi də budur. 995555708964.

Əli Kərimlidən “Söyüşçülərinə “DUR!” komandası verməyini şəxsən mən tələb etmişəm. Yazmışam. Öz arvadına layiq görmədiyini başqalarına rəva görmə-yazmışam!

Zoom müşavirədən çıxarılan Dördüncü nəticə - Bu, Milli Şura adlandırdıqları qurumun tərkibindəki mahiyyətin anti dövlət, anti vətən və anti milli olmasının virtual müşavirədə tam üzə çıxmasından ibarətdir. Qurumun fəaliyyətinin zərərli istiqamətləri buna qədər də bizə bəlli idi. Ən prinsipial məsələlərdə Azərbaycanın yox Ermənistanın yanında olmağı seçən qaragüruh, xatırlayırsız Paşinyanı necə müdafiə edir, orada baş verən böhrandan küçə yürüşlərindən Azərbaycan xalqını örnək götürməyə, qanuni hakimiyyəti zorla dəyişməyə necə çağırırdı!?

Elə indi də Paşinyan M.Ə. Rəsulzadənin üzərinə gedir, onu nasist Almaniyası ilə işbirliyində ittiham edir, heç olmasa indi İlham Əliyevə minnətdarlıq dəstəyi verə bilərdi axı adını Rəsulzadədən oğurladığı Milli Şura. İndi heç olmasa tarixçi Cəmil Həsənli elə oturduğu Amerika Birləşmiş Ştatlarında İ.Əliyevin yox, N. Paşinyanın üzərinə gedə bilərdi axı. Amma gedə bilmir. Bilirsiz niyə? Çünki ona ermənilərlə bir qabdan yaladığı maddə, maliyyələşdiyi ermənirəğbət fondlardan yediyi çörək mane olur. Azərbaycanda insan haqları üçün gen-bol bəhs edən Cəmil Osmanqızı nə əcəb M. Ə. Rəsulzadə üçün susur.

Hanı xərifləmiş professorun alim, vətəndaş heysiyyatı, məqalələri? Ünvanlı mətbuat konfransları? Bir sözlə Milli Şura adlanan bu qurumun 1918-ci ildəki adaşına, Xalq Cümhuriyyətinin Milli Şurasına heç bir dəxli yoxdur. Və biz Azərbaycanın özünəməxsus vikiliks hekayətindən aydın gördük ki, burada dövlətin, xalqın, millətin, vətəndaş rifahının ziyanına olan istənilən hadisəyə necə şadyanalıq edirlər.

Baxın, Gültəkin Hacıbəyli, neftin qiymətinin aşağı düşməsinə, bu ucuzlaşmanın Azərbaycan üçün verə biləcəyi ağır nəticələrə necə sevinir, gülür! Aldığı daxili ləzzəti bayıra necə fışqırdır, hələ mən burada mütəmadi olaraq özünü göstərən Əli Kərimli fərəhinin müşayiətçi funksiyasını demirəm.

Yaxud yenidən bir az əvvəl göstərdiyimiz bu parçaya baxaq. Görkəmli rejissor Vaqif Mustafayevin “Yaramaz” filminin qəhrəmanı kimi, guya o özü belə fikirləşmir. Baxmayaraq ki, bütün idbar tapşırıqları da elə o özü verib. Zorakılığa, özü də idarə olunmaz, xaotik zorakılığa Əli Kərimli çağırır. Baxın bir də.

Çıxarılan başqa nəticələr də var. Məsələn, Ümumi nəticə: Görünür ki, burada dövlət zehniyyəti ilə yox, mətbəx ruhlu, məişət-kommunal əhval-ruhiyyəli qaynana-gəlin ovqatlı Gültəkin-Vidadi-Qənimət səviyyəsi var. 3 aya hakimiyyətə gəlirəm deyə düşünən bu siyasiciklər elə zənn edirsiz ki, 3 aydan sonra yol verdiklərə qələt deyib, üzr istəyəcəklər?! Yox əlbəttə. Neçə illərdi “Gedirlər! Gedirlər!” demirlər? Neçə illərdi, gəlirik! Gəlirik demirlər? Yenə özlərini o yerə qoymadan çıxıb qaldıqları yerdən qalmağa davam edəcəklər.

Vidadinin pəhləvan qoltuğu üçün darıxan başı ilə nə fikirləşmək olar?

Beyin səviyyəsindən ancaq neçə metrsə aşağı. Alçaq. Qaragüruhun düşüncə imkanları onların antropoloji görkəmini də dəyişməkdədir. Kərimli Əli Çexovun 6-cı palatasına rəhbərlik edir. Qaragüruhun azca savadlı, bir az intellektual, cüzi gigiyenik qüvvələrdən zəhləsi gedir. Biz bunu onların ReAl hərəkatı barədə danışmaları zamanı hiss etdik.

Təsəvvür edin. Bu siyasiciklər hələ də anlamırlar ki, yeni dövr formalaşır. 4-cü sənaye transformasiyasından danışmıram. Beyinləri belə tapşırığa hazır olmadığından error verir. Onların yerləşdiyi vəziyyət bütün bəşəriyyətin məhkum olduğu situasiyadan fərqli deyil. İnternet resursları ilə radikal çağırışlara gəlincə, bu elə azad və sərbəst vaxtların mitinq və başqa aksiyalar keçirilməsinə cəhdin başqa formasıdır. Onu da etmək olmaz. Yeni dövrün tələbləri belədir. Bütün bunlar vətəndaş asayişi üçün psixoloji qadağalar sisteminə aiddir. Bu gün dünyada müharibə vəziyyəti qalmaqdadır. Qaydaları pozanlar hərbi dövrün qanunları ilə cəzalandırılırlar. Bütün dünyada pandemiyadır. Azərbaycan həm cəmiyyəti təhdid edən virusla, həm də dövləti və xalqı təhdid edən korrupsiya ilə mücadilə aparır.

Əgər dövlətə və xalqa kömək etməyəcəksənsə, bu köməyi etməyə vadar ediləcəksən. Birmənalı!!! Ya da ikiqat karantin alacaqsan. Həbsxananı nəzərdə tuturam. Korrupsiyada, rüşvətdə günahlandırılaraq həbs edilənlər cəmiyyəti iqtisadi cəhətdən sarsıtmaq istəyən viruslardırsa, ZOOM-da ağızlarını allah, daha doğrusu şeytan yoluna qoyaraq antivətən, antimənəviyyat kombinasiyaları quranlar isə dövlətin içinə rəxnə salmaq, qarışıqlıq yaratmaq istəyən viruslardır.

Virusla mübarizənin isə yolları var. Ya xəstəxanalarda təcrid edilirsən. Ya evdən bayıra çıxmırsan...ki başqasını yoluxdurmayasan. Ya da küçələri dezinfeksiya məhlulu ilə sulamaq lazım gəlir! Mən şəxsən, su şırnaqlarından istifadə etməyin tərəfdarıyam. Həm belədə.

Aksiya iştirakçıları dağıdılır.

Yaxşısı budur ki, sudan təyinatı üzrə istifadə edək. İçək ta da təmiz olaq. Bir-birimiz və dövlət qarşısında.

Bu kateqoriyadan digər videolar
Digər videolar