Ən çox izlənən videolar

Azərbaycanla Türkiyə arasında rüsumlar sıfıra endiriləcək - VİDEO

Azərbaycan Türkiyə ilə Preferensial Ticarət Sazişinin ratifikasiyasına hazırlaşır.

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Ticarət Sazişinin təsdiq edilməsi haqqında Qanun layihəsi müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Sənəd Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyə ilə güzəştli ticari əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.

Preferensial Sazşdə 15 mal qrupu üzrə həm kvota, həm də rüsumun sıfıra endirilməsi nəzərdə tutulub. Komitənin üzvü, millət vəkili Vüqar Bayramov hesab edir ki, saziş iki ölkə arasında imzalanmış ən mühüm sənədlərdən biridir.

Qeyri-neft sektorunda Azərbaycanın İtaliyadan sonra ikinci ən böyük tərəfdaşı olan Türkiyə ilə Preferensial Sazişin imzalanması bu istiqamətdə ixracın artmasında da mühüm rol oynayacaq.

Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.

Bu kateqoriyadan digər videolar
Digər videolar