Ən çox izlənən videolar

Azadlıq ideallarının təcəssümü - VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın azadlıq ideallarının təcəssümü idi. Bunu 28 May - Respublika Günü ilə bağlı Yeni Azərbaycan Partiyasının İcra Katibliyində video formatda keçirilən iclasda Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov dedi. Əli Əhmədovun sözlərinə görə, Cümhuriyyətin yaradılması ilə mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılması ideyası reallaşdırıldı. Qısa müddət mövcud olmasına baxmayaraq, Cümhuriyyət atdığı fövqəladə addımlarla yadda qaldı. Bildirilib ki, Azərbaycan hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, özünün praktik fəaliyyətində bunu təmin edib.\

Milli Məclisin deputatları - akademik Nizami Cəfərov, professor Anar İsgəndərov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Cümhuriyyətin elan edilməsinin imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı olduğunu bildirdilər. Diqqətə çatdırıldı ki, Xalq Cümhuriyyəti mövcud olduğu iki ilə yaxın müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsində tərəqqisinə böyük töhfələr verilib.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar