Ən çox izlənən videolar

Güclü küləyin fəsadları - VİDEO, YENİLƏNİB

Dünən gecə güclü külək paytaxt ərazisində müxtəlif fəsadlar törədib.

Paytaxtın Səbail, Sabunçu və Nərimanov rayonlarında müxtəlif ünvanlarda binaların və digər təyinatlı tikililərin dam örtüyünün dəmir konstruksiyalarının qopması nəticəsində bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Mərkəzi Neftçilər xəstəxanasının damının bir hissəsi uçub.

Qeyd edək ki, hazırda küləyin ziyan vurduğu ərazilərdə təmizlənmə işləri aparılır. Qırılan ağaclar Yaşıllaşdırma İdarələrinin əməkdaşları tərəfindən kəsilərək ərazidən təmizlənir.

 

***

11:08

Dünən axşam saatlarından etibarən paytaxt ərazisində başlayan güclü külək bir çox fəsadlara səbəb oldu.

Bu kateqoriyadan digər videolar
Digər videolar