Ən çox izlənən videolar

Toxum təminatına 5 milyon manat - VİDEO

Azərbaycanda məhsul yığımı başa çatmış sahələrdə təkrar qarğıdalı əkinləri aparan fermerlərə dəstək veriləcək.

Nazirlər Kabineti təkrar qarğıdalı əkinləri üçün toxum təminatına dəstək məqsədilə 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat vəsait ayırıb.

Qarğıdalı toxumu almaq üçün nəzərdə tutulmuş vəsait elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərə veriləcək.

Dövlət Statistika Komitəsinin mayın 1-nə olan məlumatına görə, bu il 21 min heltar sahədə yazlıq qarğıdalı əkini aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artıqdır.

Hazırda yazlıq qarğıdalı əkinləri davam edir. Operativ məlumata görə, mayın 24-dək 30 min hektardan artıq sahədə qarğıdalı əkilib. İqlim xüsusiyyətləri Aran iqtisadi rayonunda arpa biçini başa çatdıqdan sonra 100 min hektara yaxın sahədə təkrar qarğıdalı əkini aparmaq imkanı verir.

Dövlətin verdiyi dəstək sayəsində təkrar əkin sahələrinin artacağı gözlənilir ki, bu da heyvandarlıqda yem tədarükünün təşkilinə təsir göstərəcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar