Ən çox izlənən videolar

Azərbaycan dünyanın marağında - VİDEO

“Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır.”

Bunu "Signify” şirkətinin rəhbərləri ilə videokonfransda Prezident İlham Əliyevin nitqinə münasibət bildirən Millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, hətta pandemiya dövründə də dünyanın aparıcı şirkətləri ölkə prezidenti İlham Əliyevlə təşkil olunan videokonfransda Azərbaycana marağını nümayiş etdirir və postpandemiya dövründə bu əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını bildirirlər:

Millət vəkili qeyd edib ki, Bakı və Sumqayıtın işıqlandırma sisteminin yenidən qurulması, Azərbaycanın dünyada tanınmış texnoloji avadanlıqları transfer etməsi ölkə iqtisadiyyatındakı innovativlik dərəcəsinin yüksək olmasından xəbər verir. Bu birmənalı şəkildə onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatın innovativləşdirilməsi ilə bağlı islahatları davam etdirilir. Eyni zamanda bu islahatlar imkan verir ki, biz postpandemiya dövründə həm texnologiya, həm də digər istiqamətlərdə yeni infrastruktur layihələrinin reallaşmasını müşahidə edək.

Pandemiyanın vətəndaşların sağlamlığına təsirlərinin minimumlaşdırılması ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib.

Həm pandemiyanın ilk aylarında və hazırda həyata keçirilən siyasət iqtisafiyyatdakı aktivliyun mərhələli şəkildə bərpa olunmasına imkan yaradır. Bu da göstərir ki, Azərbaycan postpandemiya dövrünə daha yaxşı hazırlaşan, postpandemiya dövründə birbaşa, çevik və real sektorun inkişafınl dəstəkləyən siyasət həyata keçirən ölkələrdən biri olacaq.

Bu da təbii ki, postpandemiya dövründə prepandemiya dövründə olduğu kimi iqtisadi aktivliyin daha sürətli bərpa olunmasına imkan verəcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar