Ən çox izlənən videolar

Moskvada silahlı atışma baş verib - VİDEO

Rusiya paytaxtında baş verən silahlı insident zamanı bir nəfər yaralanıb. İki qrup arasında qarşıdurma zamanı kalaşnikov avtomatlarından istifadə olunub.

Moskvanın cənubunda baş verən atışmadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən "öldürməyə cəhd", "qanunsuz silah alveri" və "xuliqanlıq" maddələri üzrə cinayət işi açılıb.

REAL -ın Rusiya Bürosunun xəbər verir ki, bu barədə Rusiyanın istintaq komitəsi məlumat verib.

“Münaqişə Kaşirski şossesindəki yaşayış binalarının yaxınlığında yerləşən dayanacaqda baş verib. Hadisə zamanı odlu silahdan istifadə edilib. Münaqişə iştirakçılarından biri yaralanıb" - deyə,  məlumatda bildirilib.

 Hazırda hadisə yerində müstəntiqlər və ekspertlər araşdırmalar aparır.

Bu kateqoriyadan digər videolar
Digər videolar