Ən çox izlənən videolar

“Azəriqaz”aztəminatlı ailələrin evlərinə pulsuz qaz çəkdi - FOTOLAR, VİDEO, YENİLƏNİB

Ramazan bayramı münasibətilə “Azəriqaz” İstehsalat Birliyi sosial aksiya həyata keçirib.

Belə ki, bir neçə şəhər və rayonda aztəminatlı ailələr üçün Birliyin hesabına qaz çəkilib.

Bakı şəhəri, Kürdəmir, Siyəzən, Ağcabədi, Goranboy və Salyan rayonlarında yaşayan bir neçə ailənin uzun illərdən sonra fərdi yaşayış evlərinə qaz xətləri çəkilib, sayğaclar quraşdırılıb.

Bu işlərin görülməsinə müvafiq rayonlar üzrə regional qaz istismarı idarələri, Bakı Regional Qaz İstismarı Departamenti və Birliyin Təmir-tikinti İdarəsinin əməkdaşları cəlb olunublar.

REAL

 

Bu kateqoriyadan digər videolar
Digər videolar