Ən çox izlənən videolar

BNA və BŞBPİ-nin birgə aksiyası (VİDEO)

Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsinin birgə aksiyası çərçivəsində "Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi"ndə yerli polis orqanının əməkdaşları və Nəqliyyat könüllüləri maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb, maarifləndirici söhbətlər aparıb və sanitar rejimin tələblərini izah ediblər.

İnsanlarla təmas zamanı iki metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.

Bildirilib ki, pandemiya dövründə sərnişinlərin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində, dayanacaqlarda, avtobuslarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir. Analoji tədbir mütəmadi olaraq insanların daha çox istifadə etdiyi avtobus dayanacaqları və digər ərazilərdə də keçiriləcək.

Aksiyada Daxili Qoşunların əməkdaşları da iştirak edir.

Qeyd edək ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair tədbirlər çərçivəsində sərnişin avtobuslarının üzərindəki reklam yerlərində və salonunda sosial izolyasiya qaydalarını təşviq edən lövhələr də yerləşdirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar