Ən çox izlənən videolar

Təhlükə mənbəyi: köhnə avtobuslar (VİDEO)

Bu gün ölkədə avtobus parkları yenilənsə də təəssüf ki, hələ də itismar müdətini başa vurmuş və deformasiyaya uğramış avtobuslar fəaliyyət göstərməkdə davam edir.

BNA tərəfindən daşıyıcılara avtobus parklarını yeniləmək barədə dəfələrlə xəbərdarlıq edilsədə nədənsə daşıyıcılar bu məsələyə biganə yanaşır və hələ də paytaxt yollarında istismar müddətini başa vurmuş nəqliyyat vasitələrinin hərəkətini görmək mümkündür.

Elə ölkə başçısının və birinci vitse prezidentin mayın 25-də Şamaxı rayonuna etdiyi səfəri çərçivəsində, Prezident rayona ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxış zamanı da bu məsələyə toxundu.

Bu da təbii ki, özünün daha çox şəhərətrafı kənd və qəsəbələrdə biruzə verir. Elə bu məqsədlə də BNA tərəfindən sərnişindaşımanın keyfiyyətinin aşağı olduğu ərazilərdə fəaliyyət göstərən məlum avtobuslar mərhələli şəkildə müasir avtobuslarla əvəzlənəcək.

DANX-dan aldığımız məlumata görə 2019-2023-cü illərin dövlət proqramına uyğun olaraq respublika üzrə avtobus parkının yenilənməsinə dair tələblər işlənib hazırlanıb və bununla bağlı daşıyıcılar üzərinə tələblər qoyulub.

Nuridə Allahyarovanın sözlərinə görə ölkə başçısının göstərişinə əsasən paytaxtda və regionlarda avtobus parklarının yenilənməsi istiqamətində mühüm addımlar atılıb.

Belə ki, əgər 2018-ci ilədək ölkədə istifadədə olan avtobusların 77 faizindən çoxunun istismar müddəti 10 ildən artıq olan nəqliyyat vasitələri idisə hazırda bu göstərici 58 faizə endirilib. Əsas tələb qarşıdakı üç il ərzində avtobus parkında yaş həddinin istismar müddəti 5 ildən yuxarı olan avtobuslarla əvəz olunmasıdır.

Bu kateqoriyadan digər videolar
Digər videolar