Ən çox izlənən videolar

Navalideyn - VİDEO

Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Narkotik vasitə aludəçisi olan valideyn övladını dilənib pul gətirməsini istəyib, uşaq qarşı çıxdıqda isə işgəncələrə məruz qalıb. Artıq faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub.

Ailədə valideynləri tərəfindən şiddət görən uşaqların aldığı fiziki travmalarla yanaşı, onların gələcəkdə formalaşmasında da mənfi izlərini buraxacaqdır.

Psixoloq Aida Nəbiyeva deyir ki, uşaqlar heç vaxt o anları unutmurlar, əksinə illər keçsə belə, o acıları təkrar-təkrar yaşamağa məhkum olurlar.

Vəziyyətə nəzarət edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin müdiri Taliyə İbrahimova məsələdən xəbərdar olduqlarını və bununla bağlı müvafiq qurumlarla iş aparıldığını bildirdi.

Eyni problemlə üzləşən, rayonda yaşayan vətəndaşlar üçün 11 rayonda dəstək mərkəzləri fəaliyyət göstərir ki, belə durumlarda vətəndaşların müraciət etməsi bu cür neqativ halların azalmasına səbəb ola bilər.

Ailə kiçik dövlətdir. Hər bir dövləti isə ilk növbədə daxili çəkişmələr zədələyə bilir.Vəziyyətdən çıxış yolu şiddət deyil.

Bu kateqoriyadan digər videolar
Digər videolar