Ən çox izlənən videolar

Ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO

Göyçayda velosibetçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.Hadisə bu gün səhər saatlarında Göyçay Bərquşad avtomobil yolunun 12 km-nin rayonun Şıxbəy kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ucar rayonu, Pirkənd kənd sakini, 1982-ci il təvəllüdlü Kərimov Qarakişi Ağakişi oğlu idarə etdiyi “KİA Sportage” markalı, avtomobili ilə Göyçay-Bərgüşad avtomobil yolunda Ucar rayonu istiqamətində hərəkətdə olarkən, həmin yolun Göyçay rayonu Şıxbəy kənd ərazisindən keçən hissəsində qarşıda onunla eyni istiqamətdə olan velosipedçi Göyçay rayonu Şıxbəy kənd sakini 1980-ci il təvəllüdlü Cabbarov Tural Əlihüseyn oğlunu avtomobilin qarşı sağ tərəfi ilə vurub. Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu kateqoriyadan digər videolar
Digər videolar