Ən çox izlənən videolar

Respublikanın doğum günü - VİDEO

Müsəlman şərqinin ilk dünyəvi demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin bu günü yaranıb.

Azərbaycanlıların tarixi yaddaşında dövlətçiliyin ilk təcrübəsi kimi iz qoyan Cümhuriyyət, türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

102 il əvvəl Tiflisdə Zaqafqaziya seyminin dağılması ilə yarandı müstəqil Azərbaycan. İcra və qanunverici orqanın funksiyalarını özündə birləşdirən Milli Şuraya Məhəmməd Əmin Rəsulzadə sədr, Fətəli Xan Xoyski isə icrayyə komitəsinin sədri seçilib.

10 gün Tiflisdə işlədikdən sonra Milli Şura Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrünə böyük nailiyyətlər və qalibiyyətlər sığdırdı. Avropa qadınının çox məhdud hüquqlara malik olduğu bir vaxtda, cümhuryyət qadınlara seçib-seçilmək imkanı verdi, qadın–kişi bərabərliyini təmin edib.
 

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verib.

Həmin ilin 9 noyabrında isə M.Ə.Rəsulzadənin təklifi əsasında demokratik cümhuriyyətin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər isə bayraq türkiyə bayrağını xatırladan qırmızı bayraq idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyətinin iki yaşı tamam olmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

 

Bu kateqoriyadan digər videolar
Digər videolar