Ən çox izlənən videolar

Şəhid ailələrinə bayram hədiyyəsi - VİDEO

Şəhid ailələrinə və müharibə əlillərinə mənzil və avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli iştirak edib.

Bu gün artıq 100 mənzil təqdim edildi.Beləliklə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7700-dək mənzil və fərdi ev təqdim edilib.

Nazir müavininin sözlərinə görə,Növbədə 2000 ə yaxın vətəndaş qalıb və növbəti bir iki ildə də bu proqramın uğurla başa çatacağı planlaşdırılır.

Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış mənzillərdə şərait olduqca yaxşı idi.Neçə ildir bu evi gözləyənlər o qədər sevindilər ki, hətta bu gün öz göz yaşlarına belə sahib çıxa bilmədilər.

ƏƏSMN tərəfindən müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu gün daha 50 avtomobil müharibə əlillərinə təqdim edildi. Bölgələrdə yaşayan Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan avtomobillər isə karantin dövrünün tələbləri nəzərə alınaraq, onlara Neftçala rayonunda verilir.Bununla da Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6800 avtomobil verilib.

Nazir müavini həm də bildirdi ki,Dövlət başçısının tapşırığı əsasında bu il də bütün sosial proqramlar tam icra edilməklə, bu proqramların əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunacaq.
 

 

Bu kateqoriyadan digər videolar
Digər videolar