Ən çox izlənən videolar

Taxta bazarında yanğın baş verib - VİDEO, FOTOLAR

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən taxta bazarında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən REAL-a verilən məlumata görə, hadisə  Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bazarın ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. 

 

Bu kateqoriyadan digər videolar
Digər videolar