Ən çox izlənən videolar

Sabunçu rayonunda 2 avtomobil toqquşub - VİDEO, FOTOLAR

Paytaxtın Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Hava Limanı şosesində qeydə alınıb.

REAL xəbər verir ki, "Merecedes" markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsində nasazlıq yaranıb. Sürücü avtomobili yolun ortasında saxlayıb.
Bu zaman arxadan gələn və Tural adlı şəxsin idarə etdiyi "Renault" markalı avtomobil "Mercedes"ə çırpılıb. Hadisə nəticəsində "Renault"un sürücüsü və Tərlan adlı sərnişin xəsarət alıb.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bu kateqoriyadan digər videolar
Digər videolar