Ən çox izlənən videolar

11 nömrəli avtobuslar yeniləndi - VİDEO

11 nömrəli marşrut xətti üzrə sərnişindaşımaları artıq “BakuBus” avtobusları ilə həyata keçirilir. Bu isə gündəlik daha 30 min nəfərə yaxın sərnişinə keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi deməkdir.

Əlavə olaraq 6 yeni dayanacaq məntəqəsi təşkil edilib.

Həmçinin 11 nömrəli marşrut xəttinin də keçdiyi avtobus dayanacaq məntəqəsində sərnişinlərə qoruyucu tibbi maskalar və maarifləndirici flayerlər paylanılıb.

Qeyd edək ki, sərnişinlərə maska və flayerlərin paylanılması aksiyası mayın 19-dan başlayıb və qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə 100 min ədəd maskanın paylanılması nəzərədə tutulub.

Bu kateqoriyadan digər videolar
Digər videolar