Ən çox izlənən videolar

Paytaxtda dezinfeksiya tədbirləri - VİDEO

Dezinfeksiya işləri Bakı şəhərinin bütün rayonlarında aparılır. Mütəxəssislərin rəyinə əsasən BŞİH tərəfindən paytaxt küçə və yollarında kütləvi dezinfeksiya tədbirləri qrafik üzrə həyata keçirilir. Həmçinin bu işlər rayon və qəsəbələrin əsas və köməkçi küçələrində aparılır. Bu günkü dezinfeksiya işləri paytaxtın Nizami və Sabunçu rayonu ərazisindəki nəqliyyatın intensiv olduğu avtobil yollarında və ara küçələrdə həyata keçirilib.

Bununla yanaşı yaşayış binaların həyətindəki söhbətgahlarda, idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülüb.

Kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə artıq 4-cü dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri aparılıb.

İsrafil Kərimovun sözlərinə görə növbəti dezinfeksiya işlərinin iki həftədən sonra keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri olaraq gücləndirilmiş qaydada mütəmadi olaraq davam etdiriləcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar