Ən çox izlənən videolar

Narkotik becərən saxlanılıb - VİDEO, FOTO

Narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Maştağa qəsəbə sakini Əliheydər Cavadov saxlanılıb.

Ona məxsus bağ evinin həyətindəki istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 11 kiloqram 415 qram olan 25 ədəd çətənə kolu və 495 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Əliheydər Cavadov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar