Ən çox izlənən videolar

Ramanada oğru tutulub - VİDEO

Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan paytaxt sakini Kənan Qarayevə məxsus “Vaz 2107” markalı avtomobil oğurlanıb. Zərərçəkən bu barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şikayət edib. Sabunçu rayonunda yaşayan daha 3 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da istifadəsində olan eyni markalı avtomobillərin qaçırıldığını bildiriblər.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini Hacı Məmmədov qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 4 avtomobil qaçırdığını və həmin nəqliyyat vasitələrinin ehtiyat hissələri sökərək satdığını bildirib..

Hacı Məmmədov həmçinin ifadəsində Sabunçu rayonunda 1 market və 1 evdən oğurluq etdiyini də etiraf edib

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Sabunşu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hacı Məmmədovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar