Ən çox izlənən videolar

Sosial şəbəkələrdə davranış - VİDEO

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək edəcək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv edəcək fərman imzalayıb.Fərmana əsasən internet şirkətlərin hansı şərtlər daxilində məzmunları məhdudlaşdıraraq qanundan sui-istifadə etdiyi müəyyənləşdirilməlidir.

Birləşmiş ştatlarda sosial şəbəkələrdə davranış qaydalarını müəyyən edən qanunun 230-cu bəndini qüvvədən salacaq.

Sözügedən bənd tvitter və feysbuk şirkətlərini hər hansı bir paylaşıma görə böhtan və ya şərəf və ləyaqətin alçaldılması kimi mümkün ittihamlardan qoruyur.

Qanun sosial şəbəkə şirkətlərinə həmin paylaşımları redaktə etmək icazəsi tanıyır.

ABŞ-da 230-cu bənd internet üzərində söz azadlığını qoruyan ən vacib bəndlərdən hesab olunsa da bir çox siyəsətçilər bu bəndin sosial şəbəkələrə yalan məlumat yaymaq imkanı verdiyini düşünür.

Sosial şəbəkə sahiblərinin geniş səlahiyyətlərinin olması, bir çox dövlətlər üçün həmdə milli təhlükəsizlik məsələsinə çevrilib.

ABŞ prezidentinin bu qərarı bir çoxları tərəfindən yüksək qiymətləndirilib. Qanuna əsasən sosial şəbəkələrdə komunikasoya etikasına əməl olunmalıdır.

Qeyd edək ki, mayın 29-da ABŞ prezidenti D.Tramp sosial şəbəkələrdə davranış qaydalarına nəzarət haqta qanun imzalayıb.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar