Ən çox izlənən videolar

"Samur" gömrük postunda sıxlıq yaranıb - VİDEO

Rusiya ilə sərhəddə yerləşən "Samur" gömrük postunda yük avtomobillərinin uzun növbəsi yaranıb. Sürücülərin bəziləri artıq 3 gündən çoxdur ki, sərhədi keçmək üçün növbə gözləyir. Onların sözlərinə görə, Rusiya tərəfində sənədləşmə işlərinin ləng aparılması sərhədi vaxtında keçməyə mane olur.

Postun rəis müavini bildirir ki, son günlər mövsümlə əlaqədar kənd təsərrüfatı məhsullarının ixracı, eləcə də Azərbaycandan keçən tranzit yük avtomobillərinin sayı artıb. Lakin sərhəddən maksimum avtomobil keçidini təmin etməyə çalışırlar.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Samur gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xəttləri üzrə 500, yəni ümumilikdə 1 000 yük avtomobilinin keçidini təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu buna imkan vermir.

Natiq Axundovun sözlərinə görə, Prezident İlham Əliyevin "Xanoba" gömrük postunda tikinti haqqında sərəncamına uyğun olaraq artıq Komitə bu istiqamətdə müvafiq işlərə başlayıb. Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı sıxlıq tamamilə aradan qaldırılacaq.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar