Ən çox izlənən videolar

Onları məsumiyyət birləşdirir - VİDEO

Artıq 70 ildir ki, 365 günün biri məhz uşaqların payına düşür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının qəbul etdiyi qərara əsasən dünyanın hər yerində qeyd edilən bu günün əsas məqsədi uşaq hüquqlarının qorunmasını bir daha qabartmaqdır. Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Həyatımızda kı ən dəyərli varlıqlarda onlardı, bu günümüz sabahımız da onlardı.

Onların gülüşündən, sevincindən gözəl nə var ki, bu dünyada?

Bu gün ölkədəmizdə uşaq əhalisinin sayı təxminən 2 milyon 700 minə yaxındır. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir.

Lakin dünyada hələ də uşaqlar təcavüzə, zorakılığa, irqi və milli ayrı-seçkiliyə, deportasiya və soyqırımlarına məruz qalırlar. Statistikaya nəzər salmaq kifayətdir.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 193 azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb, 29 uşaq hələ də girovluqdadır.

Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. Ermənistan silahlıları tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsində isə səkkiz məktəbli qətlə yetirilib,

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulan bir milyondan artıq sakinin 300 mindən çoxu uşaqlar olub. Onlar uşaqlığı zorla əlindən alınanlar, ömürlərinin ən gözəl, qayğısız çağları müharibəyə qurban edilənlərdir.

Son illərdə 34 uşaq erməni terrorunun qurbanına çevrilib. 2 yaşlı Zəhra Quliyevanın, 9 yaşlı Fariz Bədəlovun və daha neçə balaca uşağın amansız qətli ürəkləri parçalayan faktdır. Ötən il 14 yaşlı Elina Hacıyevanın intiharıda uşaq hüquqlarının hələ də bərpa olunmamasının göstəricisidir təəsüf ki….

Onlarsız həyat nəyə və kimə gərəkdir. Həyatın bəzəyi və özəyi elə onlardan başlayır. Bir körpə qığıltısından. Onları eyni dəyər birləşdirir . Məsumiyyət. Dünyanı onlarsız təssəvür edə bilməyəcək qədər dəyərlidir körpələr. Gəlin balalarımızı birlikdə qoruyaq. Təqvimin 1 gününü deyil hər gününü bayram edək Uşaqlara.

Gələcək uşaqlarımızın gələcəyini qayğısız, şən, firavan görmək diləyi ilə Sağlam və Xoşbəxt böyüyün əziz balalar.

Bu kateqoriyadan digər videolar
Digər videolar