Ən çox izlənən videolar

Proses “dəridən-qabıqdan“ çıxır (VİDEO)

Mayın 25-də ABŞ-ın Minnesota ştatında afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq keçirilən iğtişaşlarda bir həftə ərzində 1666 nəfər saxlanılıb.

"Associated Press" agentliyinin məlumatına görə, etiraz aksiyaları son üç gündə ABŞ-ın 22 şəhərində keçirilib. Bu iğtişaşlar ən azı 15 ştatı əhatə edir.

Qeyd edək ki, hazırda aksiyaların yatırılması üçün Milli Qvardiya hərəkətə keçib. Millət vəkili Arzu Nağıyev keçirilən aksiyaların Birləşmiş Ştatların gələcəyi üçün təhdid yaratdığını deyir.

Bu kateqoriyadan digər videolar
Digər videolar