Ən çox izlənən videolar

Qarşılıqlı vizadan azad etmə (VİDEO)

Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

Bununla bağlı Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində qeyd edilib. Türkiyə hökuməti bu qərarı yaxın günlərdə təsdiqləyəcək.

Bu barədə REAL-a Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım danışıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar